"Qəbələ" "Mingəçevir"i darmadağın etdi
20.01.2025 - 10:15
!["Qəbələ" "Mingəçevir"i darmadağın etdi](https://apasport.az/storage/news/2025/january/20/big/678de7cf10525678de7cf105261737353167678de7cf10523678de7cf10524.jpg)
“Qəbələ” qış hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəlib. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Kaxaber Sxadadzenin yetirmələrinin üstünlüyü ilə keçən matçın ilk yarısında 2 qol vurulub. Saheed Akorede və Murad Musayev rəqib qapısına yol tapıblar.
Fasilədən sonra “Qəbələ” daha 2 dəfə fərqlənib. Hər iki qolu Domi Massoumo vurub.
Beləliklə, “qırmızı-qaralar” yoxlama oyununda 4:0 böyükhesablı qələbə qazanıb.
0
0