“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.
Noyabrın 8-dəki matçın baş hakimi
Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
İlk oyun, 8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Qoqa Kikaçeişvili
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)
Qəbələ şəhər stadionu
- Depay Van Persiyə çatdı - 50 qol
- Firdovsi Umudov İWF-in rəhbər strukturunda bu şəxslərlə çalışacaq
- Türkiyədə döyülən hakimə növbəti hücum: Ərəbləri də çilədən çıxardı
- “Zirə”nin futbolçusu: “Yaxşı oynamadıq, bir az da bəxtimiz gətirdi”
- Şahmatçılarımız Avropa çempionatında xüsusi mükafata layiq görülüb