“Qəbələ”də yeni müdafiəçi
04.07.2025 - 23:29
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib
- Argentina millisinin üzvü “Real”da çıxış edə bilər
- Elşad Quliyev: "Ağır qrupa düşmüşük, işimiz asan deyil"
- “Brentford” 4 qolla sevinib
- "Beşiktaş" heyətini Səudiyyə Ərəbistanında çıxış edən futbolçu ilə gücləndirəcək
0
0