"Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib
13.08.2024 - 15:37
!["Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib](https://apasport.az/storage/news/2024/august/13/big/66bb4587c492a66bb4587c492b172354906366bb4587c492866bb4587c4929.jpg)
Azərbaycan I Liqasında 2024/2025 mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, I turda qarşılaşacaq komandalar AFFA-nın inzibati binasında baş tutan tədbirdən sonra bəlli olub.
Ötən il olduğu kimi cari mövsüm aşağı dəstədə 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq. Mövsüm sentyabrın 11-i başlayacaq.
I tur
“Difai Ağsu” – “Cəbrayıl”
“İmişli” – “Baku Sportinq”
MOİK – “Mingəçevir”
“Karvan” - “Qaradağ Lökbatan”
“Qəbələ” – “Zaqatala”
0
0