“Qəbələ”nin Türkiyə planı
02.12.2023 - 12:36
![“Qəbələ”nin Türkiyə planı](https://apasport.az/storage/news/2023/december/02/big/656ae758872eb656ae758872ec1701504856656ae758872e9656ae758872ea.jpg)
“Qəbələ”nin qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, bu mövsüm ölkə çempionatında uğurlu çıxış etməyən “qırmızı-qaralar”ın mövsümün ikinci yarısına harada hazırlaşacağı dəqiqləşib.
Bölgə təmsilçisi Türkiyəyə yollanacaq. Yanvarın ilk günlərində bir araya gələcək “Qəbələ” yanvarın 4-5-i arası isə Türkiyəyə uçacaq.
Komanda yanvarın 16-na qədər burada qalacaq və hazırlıqlarını davam etdirəcək. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Türkiyədə minimum 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
0
0