Qələbə “Frayburq”a Çempionlar Liqası ümidi verdi
20.05.2023 - 00:37
![Qələbə “Frayburq”a Çempionlar Liqası ümidi verdi](https://apasport.az/storage/news/2023/may/20/big/6467dc13b387e6467dc13b387f16845281476467dc13b387c6467dc13b387d.jpg)
Almaniya Bundesliqasında 33-cü tura start verilib.
Apasport.az-ın məlumatına görə, açılış matçı “Frayburq”un qələbəsi ilə yekunlaşıb.
“Volfsburq”u qəbul edən Ayntraxt klubu fasilədən sonra qələbə qollarını vurub. Günter və Petersen 4 dəqiqə ərzində matçın taleyini həll edən topları rəqib qapısından keçiriblər.
Qeyd edək ki, xallarının sayını 59-a yüksəldən “Frayburq” Çempionlar Liqasına vəsiqə verən 4-cü yer uğrunda yarışır.
33-cü tur
"Frayburq" - "Volfsburq" - 2:0
0
0