"UEFA Çempionlar Liqasındakı növbəti oyun "Qarabağ" üçün böyük əhəmiyyət daşıyır".
Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Ayntraxt" klubu ilə keçiriləcək qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində Bakıda baş tutacaq oyunla bağlı danışıb:
“Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik”.
- Fernandu Santuş bu tarixdə jurnalistlərin suallarını cavablandıracaq
- Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu
- “Roma” Ronaldonun transferini açıqlayacağı günü müəyyənləşdirdi
- Rəşad Sadıqov: “Start heyətini görəndə məyus oldum”
- Ölkə çempionatında komanda yarışının qalibləri bəlli olub