Qurban Qurbanovun cəzası bəlli oldu
27.09.2023 - 13:44
Bu gün PFL-in İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytına verilən məlumata görə iclasda “Qarabağ”ın baş məşqçisinin cəzası da bəlli olub.
Misli Premyer Liqasının VII turunda “Qəbələ” ilə oyunun 89-cu dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Bunun müqabilində “Qarabağ” klubu 1000 manat cərimə edilib.
Qeyd edək ki, Qurbanov bununla da 29 sentyabr tarixində keçiriləcək “Sumqayıt”la matçı buraxmış olacaq.
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib
- Miodraq Bojoviç: "Layiqli qələbə qazandıq"
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"
- Talişkanın gələcəyi bəlli oldu - KOMANDADAN GÖNDƏRİLƏCƏK
- 41 yaşlı güləşçi 5-ci dəfə Olimpiya çempionu olub
0
0