Qurban Qurbanovun mətbuat konfransının vaxtında dəyişiklik edilib
08.01.2026 - 17:17
Qurban Qurbanovun mətbuat konfransının vaxtında dəyişiklik edilib

Yanvarın 9-da “Qarabağ”ın media nümayəndələri üçün təşkil olunacaq açıq məşq və mətbuat konfransının vaxtında dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, saat 11:15-də “Azersun Arena”nın media otağında komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Ardınca, saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.