Rahil oynadı, komandası məğlub oldu
06.10.2024 - 09:35
Milli komandamızın üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Məmmədovun komandası 11-ci turda "Rakuv"u qəbul edib.
Məmmədovun da oynadığı matçda "Radomyak" doğma meydanda məğlub olub: 0:2.
Start heyətdə meydana çıxan Rahil sonadək oyunda qalıb.
Qeyd edək ki, "Radomyak" hazırda 9 xalla 18 komanda arasında turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
- İtaliyada oyundan öncə gərginlik - 3 yaralı
- Gimnastlarımız Qazaxıstanda 6 medal qazanıblar
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- Azərbaycan kubokunda mövsümün ilk oyunlarının vaxtı dəqiqləşdi
- Ronaldodan komanda yoldaşlarına jest - SAAT HƏDİYYƏ ETDİ
0
0