"Qarabağ"dan ayrılacaq Ramil Şeydayevin Tailand klubunda oynamağa qərar verməsinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu "Buriram Yunayted"lə anlaşıb.
Misli Premyer Liqasının bombardiri Avropada maliyyə təkliflərinin onu qane etməməsi üzündən “Köhnə qitə”ni tərk etməyə üstünlük verib. Şeydayev "Ferentsvaroş"un və "Hapoel”in (Beer-Şava) təklifini geri çevirib.
Macarıstan çempionunun çalışdırıcısı Stanislav Çerçesov Ramili sərəncamında görmək istəsə də, maliyyə məsələsi hücumçunu razı salmayıb. O, "Ferentsvaroş"a keçmək istəməyib və buna görə də sonda "Buriram Yunayted"də oynamağa qərar verib.
Qeyd edək ki, Şeydayev 22 qolla Premyer Liqanın bombardiridir.
- Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- "Səbail"in yetirməsi "Xankəndi"də
- Lukakudan “Napoli” qərarı
- UEFA-nın A kateqoriyalı kursunun V mərhələsi başa çatıb