FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Apasport.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.
Kamal Umudlu 3 qarşılaşmada ədaləti qoruyacaq. Təmsilçimiz martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq.
FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.
- Rəhman Daşdəmirov: “Azərbaycana əliboş qayıtmaq istəmirik”
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
- “Qarabağ”ın rəqibi müəyyənləşdi - YENİLƏNİB
- "Tottenhem" - "Qarabağ" matçının baş hakimi bəlli olub
- Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurublar