Renat Dadaşov komandasının qəhrəmanı ola bilmədi
11.12.2023 - 00:12
Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında uğursuzluq yaşayıb.
Apasport.az xəbər verir ki, “Hatayspor”un forvardı 15-ci turda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
“Başakşəhər”lə səfər matçında Renatın komandasını məğlubiyyətdən xilas etmək imkanı olub. O, qarşılaşmanın 90+9-cu dəqiqəsində penalti vurmaq hüququ qazansa da, şansını əldən verib. Meydanı xalsız tərk edən “Hatayspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Hatay klubu növbəti tur öz meydanında “Qaziantep”lə üz-üzə gələcək. Oyun dekabrın 16-da keçiriləcək.
- Əvəzedicilər Liqasında 28-ci tura start verildi
- Ayxan Abbasovun müqaviləsinin detalları
- III MDB Oyunları: Azərbaycanlı üzgüçü qızıl medal qazandı
- ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
- “Araz-Naxçıvan” bürünc medala bir addım da yaxınlaşdı - YENİLƏNİB
0
0