Rəşad Sadıqov "Qarabağ"ın qələbəsi barədə bunları yazdı - FOTO
23.02.2024 - 10:19
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın sabiq kapitanı Ağdam klubunun "Braqa"nı (6:5) məğlub edərək 1/8 finala yüksəldiyi oyundan sonra "instagram" səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla şəklini paylaşıb.
Sadıqov paylaşımında qeyd edib: "Bu gün meydanda baş verənləri, yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Azərbaycan futbol tarixinin yeni zirvəsi fəth olundu. Təşəkkürlər, "Qarabağ"! Təşəkkürlər, Qurban Qurbanov!"
- Klopp Almaniya iddialarına münasibət bildirdi - “İndi yeri deyil”
- FİFA-dan "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı açıqlama
- 2023-cü ilin son turunun oyun cədvəli açıqlandı
- Gürcüstan millisinin çalışdırıcısı: "1/8 finala yüksəlməyin mümkün olduğunu düşünmürdük"
- "Real"ın üzvü Messi ilə komanda yoldaşı ola bilər
0
0