Romao “Qarabağ”dan getdi - Rəsmi
05.02.2025 - 15:08
![Romao “Qarabağ”dan getdi - Rəsmi](https://apasport.az/storage/news/2025/february/05/big/67a346ecdfe3a67a346ecdfe3b173875377267a346ecdfe3867a346ecdfe39.jpg)
“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.
0
0