Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, "Sabah"ın U-12 komandası turnirdə uğurla çıxış edib.
Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edərək turniri birinci sırada, çempion kimi başa vurub.
Antalya Friendship Cup
Yarımfinal
Sabah (Azərbaycan) - Margiris (Litva) 1:0
Qol: Cavidan Ağayev.
Final
Sabah (Azərbaycan) - Yunayted Yekaterinburq (Rusiya) 3:0
Qollar: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov.
- ATF Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş keçirib
- Romao: "Oyunun nəticəsini detallar həll edəcək"
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- Danışılmış oyunlara görə cəza
- Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib