"Sabah" Fransa klubu ilə üz-üzə gələcək
12.11.2025 - 10:55
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələcək.
B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.
- "Brayton" və "Mançester Yunayted" ingilis yarımmüdafiəçi ilə maraqlanır
- Bakıda beynəlxalq turnirin açılış mərasimi keçirildi - FOTOLENT
- “İnter”dən 15 milyonluq transfer
- "Qarabağ"ın baş məşqçisi hakimi təhqir etdi - AFFA 4 oyunluq CƏZALANDIRDI
- Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu
0
0