"Sabah" rusiyalı məşqçi ilə anlaşa bilər
12.02.2024 - 17:19
Aleksandr Kerjakov “Sabah”ın çalışdırıcısı ola bilər.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
41 yaşlı mütəxəssis “Sabah”la danışıqlar aparır.
Eyni zamanda onunla Özbəkistanın bir klubu da maraqlanır. Təcrübəli mütəxəssis özü daha əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.
Rusiyalı çalışdırıcının son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub.
Qeyd edək ki, “Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.
- Premyer Liqa klubunda yeni müqavilə
- Ali Koç canlı yayıma çıxacaq: Mourinyo haqqında qərarı...
- Jurnalistləri söyən italyan və tarix yazan çeçen - Qazaxıstanın uğurunun memarı
- Kadi Borqes: “Hədəfimiz Çempionlar Liqasının qrupu olmalıdır” - MÜSAHİBƏ
- Rahid Əmirquliyev: “De Byazini indidən göndərsəydilər, vaxt itkisi olmazdı”
0
0