"Sabah" Serbiya klubu ilə heç-heçə etdi
10.07.2024 - 21:42
!["Sabah" Serbiya klubu ilə heç-heçə etdi](https://apasport.az/storage/news/2024/july/10/big/668ec8738510b668ec8738510c1720633459668ec87385108668ec8738510a.jpg)
Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Çukariçki" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Sabah" Sloveniyada keçirdiyi ilk hazırlıq matçında yerli "Koper"i 1:0 hesabı ilə məğlub edib.
0
0