“Sabah” transfer çalışmalarını davam etdirir
23.06.2024 - 14:00
“Sabah” transfer çalışmalarını davam etdirir. Apasport.az saytına verilən məlumata görə, ölkəmizi Konfrans Liqasında təmsil edəcək klub heyətini xorvatiyalı futbolçu ilə gücləndirə bilər. Belə ki, “Sabah” “Qoritsa”da oynayan Yuritsa Prişiri heyətinə qatmaqda israrlıdır. 24 yaşlı futbolçunun “Qoritsa” ilə müqavilə müddəti 2026-cı il avqustun 31-ə qədərdir. O, ötən mövsüm Xorvatiya klubunda 34 matçda 3 qol vurub, 3 asist edib. “Dinamo”nun (Zaqreb) yetirməsi olan xorvatiyalı “Hayduk”da da oynayıb.
Hazırda "Sabah" futbolçu və onun klubu ilə danışıqları davam etdirir.
- Rail Məlikov: “Klublarında oynamasalar da, onları yığmadan silmək lazım deyil”
- Koman: "Qalatasaray" azarkeşləri xüsusilə möhtəşəm idi"
- DÇ-2022-nin instaqram ulduzları – 1 paylaşımın qiyməti...
- “Qaradağ Lökbatan” klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
- Taekvondoçumuz Avropa çempionu olub
0
0