“Şamaxı”nın legioneri Tanzaniya millisinə dəvət alıb
01.06.2025 - 16:23
“Şamaxı”nın legioneri Tanzaniya millisinə dəvət alıb

"Şamaxı"nın legioneri Alfons Mabula Msanqa Tanzaniya millisinin heyətinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu məlumat yayıb.

FutbolçuTanzaniya millisinin heyətində iyunun 3-dən 15-nə qədər Cənubi Afrika Respublikasında baş tutacaq "COSAFA kuboku" nda iştirak edəcək və iyunun 6-da Cənubi Afrika Respublikası ilə yoxlama oyunu keçirəcək.