Santuş media nümayəndələrinin suallarını cavablandıracaq
02.10.2024 - 17:28
![Santuş media nümayəndələrinin suallarını cavablandıracaq](https://apasport.az/storage/news/2024/october/02/big/66fd4ada5363d66fd4ada5363e172787580266fd4ada5363b66fd4ada5363c.jpeg)
AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Mətbuat konfransında yığmanın UEFA Millətlər Liqasında oktyabrın 11-də Tallində Estoniya və 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Mətbuat konfransı oktyabrın 4-də, saat 11:00-da keçiriləcək.
0
0