Paris-2024: Boksçumuz ilk qələbəsini qazandı
30.07.2024 - 18:59
![Paris-2024: Boksçumuz ilk qələbəsini qazandı](https://apasport.az/storage/news/2024/july/30/big/66a900301a9e166a900301a9e2172235166466a900301a9df66a900301a9e0.jpg)
Azərbaycanın daha bir boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 80 kq-da çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.
Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.
Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.
0
0