"Səbail" liderlə oyuna itkilərlə çıxacaq
03.02.2024 - 12:59
!["Səbail" liderlə oyuna itkilərlə çıxacaq](https://apasport.az/storage/news/2024/february/03/big/65be0058e78a365be0058e78a4170695074465be0058e78a165be0058e78a2.jpg)
Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail" “Qarabağ”a qarşı keçiriləcək ev oyununa itkilərlə çıxacaq.
"Dənizçilər"in mətbuat xidmətindən apasport.az-a daxil olan məlumata görə, “Səbail”in 4 futbolçusu qarşılaşmada iştirak etməyəcəklər.
Səlahət Ağayev, Ağabala Ramazanov, Süleyman Əhmədov və Devid Qomis turnir lideri ilə qarşılaşmanı zədə səbəbi ilə buraxacaqlar.
Qeyd edək ki, komandanın heyətində cəzalı oyunçu yoxdur.
0
0