“Səbail”dən yeni transfer
11.09.2025 - 19:54
“Səbail”dən yeni transfer

"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Ali Babaeini rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardla 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ali Babaei son olaraq Kosovo təmsilçisi "Dukagjini"də çıxış edib. İranlı futbolçu ötən ilin sentyabr ayında bu klubdan ayrılıb.