“Səbail”in ukraynalı legioneri Petro Stasiukun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın hesabat turunda “Turan Tovuz”la matçda qalib gələ bilmədiniz. Səncə, nəyə görə qələbə qazanmaq alınmadı?
- Əslində, oyunu yaxşı səviyyədə keçirdik. Qol imkanlarımız da var idi, yaxşı da oynadıq. Sadəcə, ilk yarıda icra və konsentrasiya yerində deyildi. Bu da bizə mane oldu.
- Hər iki tərəf qolunu ilk yarıda vurdu, ikinci hissədə fərqlənən olmadı. Bir xaldan razı qaldız?
- Bu bir xal mövsümün sonunda bizim üçün qızıla çevrilə bilər. İndi çempionatın elə mərhələsindəyik ki, hər xal önəmlidir. Ona görə də, “Turan Tovuz”la görüşdə qazanılan xalı da yaxşı dəyərləndirirəm.
- “Səbail” turnir cədvəlində sonuncu yerindədir. Bunun əsas səbəbi nədir və bu yeri tərk etməyə sizə nə mane olur?
- Əminəm ki, çempionatın sonuna qədər biz sonuncu yerdən çıxacağıq. Komandamın gücünə, oynadığımız oyuna əsasən buna güvənib deyirəm. Bizim komanda birinci diviziona düşməməlidir. Sona qədər mübarizəmizi aparacağıq.
- Hazırda birinci diviziona düşməmək üçün qızğın mübarizə gedir. Bəs yaxşı sizcə birinci diviziona hansı komanda düşəcək?
- Hansı komandanın mübarizədən kənarlaşdırılacağını söyləmək çətindir. Çünki mübarizə davam edir. Son dördlükdə yer alan istənilən komanda Premyer Liqanı tərk etmək təhlükəsindədir. Bizim vəzifəmiz odur ki, həmin komanda “Səbail” olmasın.
- Növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqsınız. Bu komanda çox yaxşı futbol oynaya bilir. Sizcə, Gəncədə “Kəpəz”dən xal almaq mümkün olacaq?
- Bəli, Gəncədən xalla ayrılmaq olar. Amma “Kəpəz” çox yaxşı futbol oynayır. Ona görə də, matçın çox maraqlı olacağını demək mümkündür. Hər şey öz əlimizdədir. Yaxşı oyun göstərsək, mütləq xal alacağıq.
- “Səbail” birinci diviziona düşsə, yəqin ki, buna çox üzüləcəkiz. Bu, karyeranızda ilk dəfə olacaq?
- Düzünü desəm, bu barədə heç düşünmək belə istəmirəm. Amma biz kollektiv olaraq optimistik. “Səbail”in Premyer Liqada qalması üçün hər şeyi edəcəyik. İnanıram ki, bu bizdə alınacaq.
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək
- "Sevilya" "Tottenhem"in hücumçusunu heyətinə qatmaq istəyir
- Kadinin Qurban Qurbanovu əsəbiləşdirməsi və ya son 3 ayda etdikləri
- “Milli Aviasiya Akademiyası” heyətinə 2 yeni voleybolçu qatıb
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Hər matç bizim üçün önəmlidir"