Səfərdə 100-cü qələbə
25.01.2026 - 17:35
“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” 100-cü səfər qələbəsini rəqib meydanlarındakı 346-cı qarşılaşmada əldə edib.
“Kəpəz” bu göstəricidə 4-cü nəticəyə malikdir. Yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı” (123) səfərdə daha çox qələbə qazanıb.
Qeyd edək ki, “Kəpəz” rəqib meydanındakı ilk qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə matçda əldə edib – 3:0.
- Konfrans Liqası: II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək - YENİLƏNİR
- Qurbanovla Regekampf dünya reytinqində irəlilədi
- "Arsenal" - "Liverpul" oyununda dava düşüb - FOTO
- “Qarabağ” üçün 300 min avro
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
0
0