Səhv edən hakim Premyer Liqadan kənarlaşdırıldı
18.02.2023 - 01:45
İngilis hakim Li Meyson XXIII turdakı səhvə görə daha Premyer Liqada işləməyəcək.
Apasport.az xəbər verir ki, 51 yaşlı hakim "Arsenal"ın "Brentford"la oyununda video köməkçi hakim kimi fəaliyyət göstərib. O, qonaqların hücumçusu Ayvan Touninin qolunu yoxlayarkən ofsayd xəttini çəkməyi unudub və nəticədə qol səhvən hesablanıb.
Premyer Liqanın baş hakimi Hovard Vebb Li Meysonun səhvinə görə "Arsenal"dan üzr istəyib. Topçuların baş məşqçisi Mikel Arteta bu üzrü qəbul etməyib.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb və "Arsenal" həmin qol sayəsində 3 xaldan məhrum olub.
- 94 ildə ilk dəfə - "Yunayted"ə qarşı rekord qırmayan qalmadı
- “Real” və PSJ-dən qələbə, “Bodo-Qlimt” nağılı davam edir - YENİLƏNİB
- Sahil Babayev Naxçıvanda boksun inkişafı üçün müzakirələr apardı
- “Tottenhem”in müdafiəçisi Super Liqa klublarının hədəfində
- Mahir gələcəyi ilə bağlı danışıb: "Bu, mənim üçün vacib idi"
0
0