Sekidika Cənubi Koreya klubunda - RƏSMİ
10.07.2026 - 13:55
Sekidika Cənubi Koreya klubunda - RƏSMİ

“Sabah”dan ayrılan Cesse Sekidikanın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, hücumçu “Qanqvon”a keçib.

Bu barədə Cənubi Koreya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Sekidika 2023-26-cı illərdə “Sabah”ın formasını geyinib.