Serbiya millisi baş məşqçisi ilə müqavilə yenilədi
24.05.2024 - 15:38
![Serbiya millisi baş məşqçisi ilə müqavilə yenilədi](https://apasport.az/storage/news/2024/may/24/big/66507a83cbabd66507a83cbabe171655027566507a83cbabb66507a83cbabc.jpg)
Serbiya millisində baş məşqçi Draqan Stoykoviçlə müqavilə uzadılıb.
Apasport.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
59 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilə kimi artırılıb.
Serbiya yığması Almaniyada keçiriləcək Avro-2024-də mübarizə aparacaq. Komanda C qrupunda Sloveniya, Danimarka və İngiltərə ilə yarışacaq. Turnir iyunun 14-dən iyulun 14-nə kimi davam edəcək.
0
0