“Sərhədçi”də yeni transfer
30.10.2024 - 11:57
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-li oyunçu Ceyms Houtornla mövsümün sonunadək müqavilə imzalanıb.
Basketbolçu artıq komandada debütünü də rəsmiləşdirib. O, Azərbaycan Basketbol Liqasının III turunda ötən gün “Naxçıvan”a qarşı keçirilən görüşdə meydana çıxıb.
Qeyd edək ki, C.Houtorn ötən mövsümü də Azərbaycanda keçirib. O, “Neftçi”nin formasını geyinib.
- Rafael Ağayev ABŞ-da kəmərə sahib çıxıb, anasına həsr etdi - FOTOLENT - VİDEO
- Paris-2024-də ölkəmizi təmsil edən Azərbaycan millisi vətənə dönüb
- Avropa çempionatı: Qadın güləşçilərin mübarizəsinə yekun vurulur
- “Yunayted”in qolkiperi Türkiyə yolunda
- "Beşiktaş"lı futbolçu son 2 oyunda 2 qırmızı kart alıb
0
0