Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlandı
07.10.2022 - 12:25
![Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlandı](https://apasport.az/storage/news/2022/october/07/big/633fe28558206633fe285582071665131141633fe28558203633fe28558204.jpg)
Azərbaycan millisinin Şimali Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünün vaxtı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”da baş tutacaq Şimali Makedoniya - Azərbaycan qarşılaşması yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişinyovda Moldova yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
0
0