Şimanskiyə Almaniya klubundan təklif var
28.12.2024 - 14:35

Bundesliqa təmsilçilərindən "Frayburq" "Fənərbaxça"nın polşalı legionerini transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Bundesliqa klubunun Şimanski üçün "Fənərbaxça"ya 15 milyon avro təklif etdiyi iddia edilib.
"Sarı-lacivərdli" klub qış "transfer pəncərəsi"ndə edəcəyi transferlərdən sonra futbolçu ilə bağlı qərar verəcək.
İstanbul klubu ötən mövsümün əvvəlində polşalı ulduzu Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.
Bu mövsüm 26 matçda meydana çıxan 25 yaşlı futbolçu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sabiq vitse-prezident idmançını güllələdi
- ÇL: Həftənin ən yaxşı futbolçusu bəlli oldu
- Fətiyev və Kokauri yarımfinalda
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Türkiyə Superkuboku Azərbaycanda keçiriləcək? – AFFA-dan açıqlama
0
0