Türkiyə Superliqasının təmsilçisi “Sivasspor”un “Qarabağ” və Azərbaycan millisinin futbolçusu Toral Bayramovu transfer etmək istəməsi məlum idi. Amma hələ ki, Superliqa klubu bu fikri ikinci plana atıb.
Apasport.az saytına verilən məlumata görə, burada məsələ legioner limitidir.
Belə ki, “Sivasspor” Toralı yerli statusu ilə oynamaq niyyətində idi. Amma artıq Türkiyə Futbol Federasiyasının türk dövlətlərindən olan futbolçuların yerli statusda oynaması ilə bağlı qərarını dəyişdikdən sonra “Sivasspor” da fikrini dəyişib.
Ötən mövsüm Superliqa və Birinci Liqa klubları türk dövlətlərindən bir oyunçunu yerli kimi komandada oynada bilirdi. Amma bu mövsümdən müqavilə imzalayanlar artıq legioner kimi çıxış edəcək.
“Sivasspor” isə Toralı legioner kimi transfer etmək niyyətində deyil. Türkiyə klubunun rəsmiləri ən yaxşı halda, sol cinaha istədikləri legioneri transfer edə bilmədikləri təqdirdə, onunla kontakta keçəcəklər.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2020-ci il yanvarın 1-dən “Qarabağ”da çıxış edir. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- “Yekədiş” DÇ-2022-dəki “dişli” yığmaları açıqladı
- Bəhlul Mustafazadə: "Futbolda bir epizod səni qəhrəman da edər, biabır da" - Müsahibə
- Dövlət başçısı Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB