Siyasət Əsgərov: “Təlim-məşq toplanışının bizə çox köməyi olacaq”
02.07.2025 - 16:15
Siyasət Əsgərov: “Təlim-məşq toplanışının bizə çox köməyi olacaq”

“İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik. Belə hazırlıqlar millimiz üçün çox önəmlidir".

Apasport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Belarus yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan sonra deyib.

Mütəxəssis təlim-məşq toplanışının komandaya kömək olacağını vurğulayıb: "Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı. Belarus yığması ilə keçirdiyimiz ikinci yoldaşlıq oyununda səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik. Fikrimcə, ikinci oyunda daha yaxşı çıxış etdik. Xüsusən də, birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək, ikinci dəfə fərqləndi. Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq”.

Qeyd edək ki, millimiz Bakıda keçirilən qarşılaşmada Belarus yığmasına 0:2 hesabı ilə məğlub olub.