Ştuxlikin uzaqlaşdırdığı hakimə AFFA-da iş verildi
05.01.2023 - 12:54
Ştuxlikin uzaqlaşdırdığı hakimə AFFA-da iş verildi

Karyerasını bitirən futbol hakimi Rəhim Həsənovun yeni işi müəyyənləşib. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, keçmiş referi qış fasiləsindən sonra 1-ci divizion və Premyer Liqanın matçlarına hakim-inspektor kimi təyinat alacaq. 

O, AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşdükdən sonra işləməyə razılaşıb. 

Qeyd edək ki, Həsənovu Hakimlər Komitəsinin sabiq sədri Frits Ştuxlik futboldan uzaqlaşdırmışdı. Referi isə məcburiyyət qarşısında karyerasını bitirmişdi.