"Sumqayıt" gücünü "Araz-Naxçıvan"la sınayacaq
09.01.2025 - 14:22
!["Sumqayıt" gücünü "Araz-Naxçıvan"la sınayacaq](https://apasport.az/storage/news/2025/january/09/big/677fa3a792bde677fa3a792bdf1736418215677fa3a792bdc677fa3a792bdd.jpg)
Misli Premyer Liqası təmsilçiləri "Sumqayıt" və "Araz-Naxçıvan" bu gün yoxlama matçında qarşılaşacaqlar.
Apasport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 15:00-da səsləndiriləcək.
Qeyd edək ki, "Sumqayıt" hazırda turnir cədvəlində 20 xalla 6-cı pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 39 xalla ikincidir.
0
0