
“Sumqayıt” Özbəkistan millisinin futbolçusunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.
- “Bavariya” onunla danışıqlara başlayacağını açıqladı
- Füzuliyə yeni köç edən gənclər Aşağı Köndələnçayda avar çəkəcək - FOTO + VİDEO
- Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”
- "Neftçi”nin yeni prezidenti komanda ilə görüşdü
- PFL-in "Sabah" və "Şamaxı" ilə bağlı qərarı açıqlanıb