“Sumqayıt”da yubiley
11.12.2023 - 10:26
“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
Qeyd edək ki, “Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.
- Siyasaət Əsgərov: "Hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi"
- "Barselona" hakimlərə rüşvət vermədiyini sübut etmək istəyir
- Menecer: “Dzyuba “Qarabağ” və ya “Neftçi”yə keçə bilərdi”
- “Sabah”ın baş məşqçisi: “Rəqibin oturmuş heyəti var"
- ÇL: "Bavariya" sensasiyaya imkan vermədi, PSJ-dən səfər qələbəsi
0
0