“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra komandanı təbrik edib.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Gözəl İsveçin “Hekken” klubuna 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn komandanı tarixi uğur münasibətilə təbrik edərək Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasına yüksələn komandanın bu nailiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Bu tarixi nəticənin qazanılmasında Qarabağ ruhunun, birıiyinin başlıca rol oynadığını vurğulayan Gözəl komandaya növbəti oyunlarda uğurlar arzulayıb.
Klub prezidenti dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində şəxsən iştirak edəcək. Tahir Gözəl “Qarabağ”ın pley-offdakı rəqibinin müəyyənləşməsini canlı izləyəcək.
- Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb
- Amerika Kuboku: Ekvadordan inamlı qələbə
- Qurban Qurbanovun şərəfinə təqvim buraxılıb - MARAQLI FAKT
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
- Millimiz Serbiyadan 7 medalla dönür: 3 qızıl, 1 gümüş, 3 bürünc