Azərbaycan millisi noyabrın 16-sı ilə bağlı tilsimi qırıb.
Apasport.az saytının məlumatına görə, komandamız tarixində ilk dəfə bu gündə baş tutan görüşdə qələbə sevinci yaşayıb.
Bu, Moldova ilə Kişinyovda keçirilən yoldaşlıq görüşünə təsadüf edib. Səfərdə rəqibini 2:1 hesabı ilə üstələyən əsas milli 16 noyabr tarixində meydana çıxdığı 4-cü qarşılaşmasında ilk qalibiyyətini əldə edib.
Azərbaycan millisi bundan əvvəl noyabrın 16-dakı hər 3 oyununda meydan sahibi olub və meydanı məğlub tərk edib. Yığma 1994-cü ildə AVRO-1996-nın seçmə mərhələsində İsrailə (0:2), 2014-cü ildə AVRO-2016-nın seçmə mərhələsində Norveçə (0:1), 2019-cu ildə isə AVRO-2020-nin seçmə mərhələsində Uelsə (0:2) yenilib.
- Qurban Qurbanov: “Çatışmayan cəhətlər var”
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
- Dembeledən Mbappeyə dəstək: "Corabını çəksə də, çəkməsə də..."
- Boks millimiz qitə birinciliyində 11 boksçu ilə təmsil olunacaq
- Quareşma karyerasına bu klubda davam edə bilər