Trnavada ilk: 65-ci oldu
22.09.2022 - 23:46

Renat Dadaşov Azərbaycan millisində qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, hücumçumuz Millətlər Liqasının V turunun Slovakiya ilə səfər oyununda fərqlənib.
Trnavadakı görüşdə hesabı açan forvard özünün yığmadakı 17-ci matçında ilk qolunu vurub. Dadaşov yığma tarixinə qol sevinci yaşayan 65-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 64 futbolçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyununun birinci hissəsindən sonra millimiz 1:0 hesabı ilə öndədir.
- Elmar Baxşıyev: "Futbolçular tam gücləri ilə hazırlıq keçirlər”
- AFFA Türkiyə millisinin sabiq çalışdırıcısına təklif göndərib
- Modriç karyerasını Türkiyədə davam etdirə bilər
- Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi
- Ronaldo: "Unutmayın ki, çempionu məğlub edən yeganə komanda Səudiyyə Ərəbistanıdır"
0
0