Turan Manafov "Kəpəz"də
10.09.2024 - 10:26
"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Turan Manafov "Kəpəz"ə keçib. 26 yaşlı oyunçu müdafiəçi mövqeyində çıxış edir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Turan Manafov ötən mövsümü "Araz-Naxçıvan"da keçirib.
Qeyd edək ki, Gəncə klubu bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa, Orxan Əliyev və Rauf Hüseynlini də transfer edib.
- "Real" ilk dəfə start heyətdə ispanlarsız çıxdı və uduzdu
- Ernad Skuliç: "Məncə, Rəşad Sadıqov istədiyinə nail oldu" - Müsahibə
- Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib
- "Şamaxı" İdarə Heyətinin sədri: "Problemlərimiz var, bunları gizlətmirik"
- “Sabah”ın rəqibi ciddi itki ilə üzləşib
0
0