"Turan Tovuz", "Neftçi", "Sumqayıt": AZARKEŞLƏR KİMƏ DAHA ÇOX MARAQ GÖSTƏRİR?
12.06.2025 - 13:55
"Turan Tovuz", "Neftçi", "Sumqayıt": AZARKEŞLƏR KİMƏ DAHA ÇOX MARAQ GÖSTƏRİR?

Misli Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib.

Apasport.az xəbər verir ki, baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.

Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb.

“Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.

Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.