“Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışda
30.10.2024 - 16:51

Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxıb.
Apasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən Tovuz stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.
2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, “Turan Tovuz” - “Qarabağ” matçı 1 noyabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
- Rəhman Hacıyev: “Neftçi”yə qol vuranda içimdən sevinmək gəlmirdi” - MÜSAHİBƏ
- AFFA “Qarabağ”ın qapıçısını cəzalandırdı – “Neftçi”ni cərimələdi
- “Rapid”in baş məşqçisi “Neftçi” ilə oyundan danışdı
- Aleksey İsayev "Sabah"la vidalaşdı
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
0
0