!["Fənərbaxça" son dəqiqələrdə 3 xaldan məhrum oldu](https://apasport.az/storage/news/2024/august/18/big/66c10ee0d93ac66c10ee0d93ad172392828866c10ee0d93aa66c10ee0d93ab.jpg)
Türkiyə Super Liqasının II turunda daha 3 görüş keçirilib.
Apasport.az xəbər verir ki, günün maraqla gözlənilən oyununda "Göztepe" evdə "Fənərbaxça"nı qəbul edib.
İstanbul təmsilçisi görüşün ilk hissəsinin son dəqiqələrində 2 qol vuraraq fasiləyə üstün yollanıb. Edin Dzeko və Youssef En-Nesiri adlarını tabloya yazdırıblar. İkinci hissədə İzmir klubu Koray Günter və Romulonun qolları ilə sensasiyaya imza atıb - 2:2.
Günün digər qarşılaşmalarında "Sivasspor" "Kayserispor"u, "Rizespor" isə "Adana Demirspor"u səfərdə 1:2 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, Super Liqada II tura avqustun 19-da yekun vurulacaq.