“Turan Tovuz”da yeni müqavilə
07.06.2024 - 22:22
![“Turan Tovuz”da yeni müqavilə](https://apasport.az/storage/news/2024/june/07/big/66634fedb2bb966634fedb2bba171778455766634fedb2bb766634fedb2bb8.jpeg)
Faiq Hacıyev daha 1 il “Turan Tovuz”un şərəfini qoruyacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Cinah müdafiəçisi mövqeyində çıxış edən Faiq 2022-ci ildə “Qəbələ”dən “Turan Tovuz”a keçib. O, 2023/2024 mövsümündə 33 oyunda 3 qol vurub.
Qeyd edək ki, Tovuz klubu Oto Con, Sadiq Quliyev, Alexandro Serrano, Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevlə müqaviləni yeniləyib.
0
0