“Turan Tovuz”dan yeni transfer
08.02.2025 - 10:56
Misli Premyer Liqası təmsilçilərindən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Hayderson Hurtado Palominonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu "Genus", "İtarare", "Azuriz", "Parana", Slovakiyanın "Sered", "Skalitsa" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, Hayderson son olaraq Çexiyanın "Yablonets" komandasında çıxış edib.
- "Zirə" Kiyev “Dinamo”sunun hücumçusunu transfer etdi
- Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB
- Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ
- Sərxan Hacıyev: “Məqsəd qələbə olmalıdır” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: “Bizim xeyrimizə belə epizod olsaydı…”
0
0