Türkiyədə Coşqunun axşamı - VİDEO
10.12.2023 - 10:27

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Keçiörengücü"nü qəbul edib.
Coşqunun komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 28 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Millimizin üzvü 71-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Ümraniyəspor" 18 xalla 11-ci pillədə qərarlaşıb.
- Millimizin baş məşqçisi niyə səfərə getməyib?
- İsrafilov və Şinyaşiki məşqlərə başladı, Qarayev zədələndi
- Emreli oynadı, komandası qələbə qazandı
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- Sergey Yakiroviç: "Rəqibin hücum xətti güclüdür, müdafiələrini isə sabah görəcəyik"
0
0