U-15 millimiz sonuncu matçına çıxacaq
04.10.2024 - 10:57
![U-15 millimiz sonuncu matçına çıxacaq](https://apasport.az/storage/news/2024/october/04/big/66ff91e87512866ff91e875129172802506466ff91e87512666ff91e875127.jpg)
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün üçüncü – sonuncu matçına çıxacaq.
Apasport.az xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 17:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi daha öncə Belarus (1:2) və Rusiya (1:3) yığmalarına məğlub olub.
0
0